- Baxış sayı: 29
- 24 Aprel 2025 15:36
- Baxış sayı: 48
- Aprel 24, 2025
- 0
İyunun 4-də “Sərhədçi” Olimpiya İdman Mərkəzində M-1 Challenge 67 gecəsi keçiriləcək. Allsport.az saytı xəbər verir ki, “Odlar yurdunda döyüş” adlanan tədbirdə bizim rinq ustaları da mübarizə aparacaq.
Bu gün həmin görüşlərlə bağlı «Gənclik Mall»da mətbüat konfransı keçirildi. Toplantıda çıxış edən beynəlxalq M-1 şirkətinin prezidenti Vadim Finkelşteyn paytaxtımızda olmaqdan məmnunluq ifadə etdi:
«Bakı səfərimdən razıyam. İlk dəfə burada olmuram. Şəhəriniz günü-gündən gözəlləşir. Sabahkı gecənin döyüşləri bir çox ölkədə canlı yayımlanacaq. Bu da tədbirin nüfuzundan xəbər verir».