- Baxış sayı: 38
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Bu gün qitə oyunlarında 4 qadın güləşçimiz mübarizəyə qoşuldu. Allsport.az saytı xəbər verir ki, Mariya Stadnik (50 kq) mübarizəyə 1/4 finaldan başlayıb və ilk görüşdə cəmi 52 saniyəyə polşalı rəqibinə qalib gəlib. Finala gedən yolda türkiyəli Evin Dəmirxanı 6:1 yendi. Qızıl medal uğrunda görüşdə o, uyraynalı Oksana Livaçla görüşəcək.
Alyona Kolesnik (57 kq) yarışa macar rəqibi üzərində parlaq qələbəylə başlayıb. Ancaq Kolesnik 1/4 finalda Bolqarıstan idmançısına məğlub olub. O, sabah təsəlliverici görüşə qatılacaq.
Elmira Qəmbərova (62 kq) ilk mərhələdə almaniyalı Luzi Mankeyə qalib gəlib (4:0). Ardınca polşalı Katarjina Madrovskanı çətinlik çəkmədən (9:0) yolundan kənarlaşdırıb. Yarımfinalda rumıniyalı Krişta İnçe ilə görüşdü və 4:1 sevindi.
Səbirə Əliyeva (76 kq) üçün də start çox uğurlu alınıb. Həmyerlimiz 9:0 yunan Aykaterinierini Pitsiavanı üstələyib. Sonra britaniyalı
Georgina Neltorpeyə 8:2 qalib gəlib. Yarımfinalda almaniyalı
Rafadelt Fransi ilə üz-üzə gəldi, 1: 11 yenildi.