Mariya Stadnik: Zalın yarısı azərbaycanlılar olduğundan, özümü evdəki yarışda hiss edirdim

“Ən çətin görüşüm yəqin finalda oldu. Çünki rəqibimlə hər gün evdə eyni zalda məşq edirik. Oksana Livaçı uşaqlıqdan tanıyıram. Demək olar ki, məşq etdiyimiz klubda rəfiqəyik. Bu baxımdan onunla final görüşü psixoloji baxımdan çətin idi “. 

Bunu Avropa oyunlarında qızıl medal qazanan Mariya Stadnik (50 kq) allsport.az saytının Minskə ezam olunmuş əməkdaşına açıqlamasında deyib. Tutullu idmançı idman sarayında ona dəstək verən azərbaycanlılara təşəkkür edib:

“Təşkilatçılıq əladır. Bütün təşkilatçılara minnətdaram. İdmançılar kəndində hər şey var. Eyni sözləri yarış zalları barədə də demək olar. Burada olduğumuz müddətdə heç bir qalmaqalla rastlaşmamışıq. Hər görüşdə mənə azarkeşlər dəstək verirdi. Zalı yarısı azərbaylılar idi. Özümü sanki evdə yarışda hiss edirdim”.

Həmin kateqoriyadan