MDB oyunlarına 37 boksçu ilə

Azərbaycanda ilk dəfə keçiriləcək MDB oyunlarında boks yarışına sentyabrın 29-da start veriləcək. Allsport.az saytı xəbər verir ki, oktyabrın 5-də başa çatacaq mübarizəyə milli komandamız 37 idmançı ilə qatılacaq. Oğlanlardan ibarət yığmanın baş məşqçisi Vaqif Kazımov, məşqçilər Ağası Məmmədovla Teymur Məmmədov 2 heyətə güvənəcək.

Yevlax Olimpiya İdman Kompleksində təşkil olunacaq yarışda rinqə Qardaş Rəhimov, Əli Ruşanov (hər ikisi – 46 kq), Əli Əliyev, Həsən Sahratlı (48 kq), Ayxan Həsənov, Məhəmmədəli Kərimli (50 kq), Əli Abaslı, Hüseyn Quliyev (52 kq), İbrahim Bədəlli, Sadiq Musayev (54 kq), Raul Heydərli, Əflatun İsmiyev (57 kq), Şahin Aslanov, Toğrul Quliyev (60 kq), Haqverdi Həsənov, Məhəmmədəli Rüstəmov (63 kq), Dəniz Rüstəmov, Nurlan Süleymanov (66 kq), Adil Zalov, Hidayət Məmmədov (70 kq), Şükar Əliyev, Nicat İmanov (75 kq), İsmayıl Vəliyev, Turqay Abbasov (80 kq), Səfdər Məmmədzadə və İbrahim Nağıyev (+80 kq) rinqə çıxacaqlar.

Qızlardan ibarət millinin baş məşqçisi İlkin Ağayevlə məşqçi Elnur Piriyev isə MDB oyunlarında Aysel Fərəcova, Aylin Nəzərova (hər ikisi – 46 kq), Gülər Hüseynova (48 kq), Əminə Tağı, Sima İsmayılova (50 kq), Zəhra Məmmədova (52 kq), Cəmilə Muradlı (54 kq), Azərpur Mirruqəyya (57 kq), Aynur İsmayılova (60 kq), Fidan Bakarova (63 kq) və Səma Abbasovaya (66 kq) fürsət verəcəklər.

Yarışda 8 ölkənin – Azərbaycan, Rusiya, Özbəkistan, Qazaxıstan, Belarus, Tacikistan, Türkmənistan və Qırğızıstanın 161 boksçusu gücünü yoxlayacaq. Qız idmançıların final görüşü oktybarın 4-də, oğlanların həlledici döyüşləri ertəsi gün baş tutacaq.

Döyüşləri Azərbaycanın 15, Belarus, Rusiya, Özbəkistan, Tacikistan və Türkmənistanın hərəyə 1 hakimi idarə edəcək.

Qeyd edək ki, III MDB oyunlarının supervayzeri Emil Qurbanəliyev, baş hakimi Anar Babanlı olacaq.

Həmin kateqoriyadan