- Baxış sayı: 38
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
“İlk öncə, çox sevinirəm ki, nəhayət, olimpiya medalını qazandım. Bu, çoxdankı arzum idi. Bilirsiniz ki. bütün medallarım var idi. Tək bu çatmırdı. Hər dəfə bir şey olurdu, iştirak edə bilmirdim. Şadam ki, bu dəfə lisenziya qazandım və olimpiadaya qatılıb medal qazandım”.
Allsport.az saytı xəbər verir ki, bu açıqlamanı yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq) 3-cü yer uğrunda görüşdən sonra, Tokioya ezam olunmuş media qrupuna deyib. Həlledici tutaşmada ermənistanlı Karapet Çalyana qalib gələn titullu bahadır, rəqiblərinə fərq qoymadığını bildirib:
“Bu, idmanda düzgün yanaşma deyil: erməni udanda qəhrəman olursan, uduzanda gərək, xalq düşməni olasan. Əsas odur ki, medal qazanmışam. Mənim üçün bundan böyük qələbə yoxdur. Bu, atamın qələbəsidir”.