“Medallarımızı şəhid ailələrinə həsr edirik”

Yunanıstanın Katerini şəhərində dünya çempionatında 2 qızıl və 1 bürünc medal qazanan çimərlik güləşçilərimiz vətənə qayıdıb. Allsport.az saytı xəbər verir ki, Heydər Əliyev beynəlxalq aeroportunda qarşılanma mərasimi keçirilib. Baş məşqçi Oyan Nəzəriani bunu deyib:

“Oğlanlarda 4, qızlarda 2 çəkidə təmsil olunduq. Oğlanlarda komanda hesabında 3-cü, qızlarda isə 4-cü yeri tutduq. Əsas hədəfimiz gələn il keçiriləcək yeniyetmələrin Yay Olimpiya Oyunları olduğu üçün heyətimizi 15-16 yaşlı güləşçilərdən qurmuşduq.

Məğlub olduğumuz rəqiblərin əksəriyyəti komandamızın üzvlərindən bir yaş böyük idi. Ümid edirik ki, hər bir idmançımız gələn il mötəbər yarışda yaxşı nəticələr qazanacaq. Gələn il əvvəlcə Avropa çempionatı keçiriləcək. Bu da Olimpiya Oyunları üçün bir sınaq rolunu oynayacaq.

Ondan sonra sırf Olimpiadaya hazırlaşacağıq. Qeyd etmək istəyirəm ki, komandamızın vətənə dönüşü Anım gününə təsadüf etdi. Medallarımızı şəhid ailələrinə həsr edirik”.

Həmin kateqoriyadan