- Baxış sayı: 40
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 128
- Fevral 06, 2026
- 0
Futbol üzrə Türkiyə Kubokunda qrup mərhələsinə start verilib. Allsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Mehdiyevin komandası “Girəsunspor” da ilk matçına çıxıb.
Sözügedən komanda səfərdə “Konyaspor”la üz-üzə gəlib. Görüş qonaqların 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Çempionat oyunlarında adı heç görüşün iştirak ərizəsinə də salınmayan Mehdiyevin bu dəfə bəxti gətirib.
O, ilk “18-liy”ə daxil edilsə də, sona qədər ehtiyat oyunçlar skamyasında qalıb. Qeyd edək ki, “Girəsunspor” PTT 1-ci Liqada, Konya təmsilçisi isə Super Liqada mübarizə aparır.