- Baxış sayı: 267
- 17 Noyabr 2024 18:18
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Formula-1 üzrə dünya çempionatında istər pilotların, istərsə də konstruktorların yarışında rəqiblər üçün artıq neçə mövsümdür əlçatmaz olan “Mercedes AMG” komandası yeni bolidini rəsmən təqdim edib. Allsport.az saytı xəbər verir ki, tədbirdə əvvəlcə maşınlar sınaqdan keçirilib. Sükan arxasına əyləşən dünya çempionu Luis Hamilton yaş trassda bir neçə dövrə vurduqdan sonra “Mercedes” ailəsinin tanınmış simalarının iştirakı ilə rəsmi hissəyə start verilib.
Çıxış edənlər xüsusən yeni avtomobilin dizaynının mükəmməl olduğunu və bolidin istər texniki imkanlar, istərsə də görüntü baxımından müasir tələblərə cavab verdiyini diqqətə çatdırıblar.
Mərasimdə bildirilib ki, yeni mövsümə də favoritlərlə başlayacaq “Mercedes AMG”nin əsas məqsədi çempionluq titulunu qazanmaq və konstruktorlar kubokunun sahibi olmaqdır. “Yeni maşının təqdimatı olduqca vacibdir. Bu il texniki reqlamentin dəyişməsi ilə bütün komandalar yeni və daha müasir, geniş imkanlara malik bolidlər uğrunda sanki mübarizə aparır. Bütün komandalar yeni qaydalara uyğun quraşdırılmış bolidlərini təqdim edir. Bu gün biz həmin seriyadan olan yeni və daha mükəmməl maşının təqdimatını izlədik. Hər hansı problem qeydə alınmadı. Ümid edirik ki, yarışlar zamanı da belə olacaq”, – deyə “Mercedes”in rəhbəri Toto Volf bildirib.
Xatırladaq ki, 20 mərhələdən ibarət olacaq formula-1 üzrə cari dünya çempionatı martın 26-da Avstraliyada, “Albert Park” arenasında start götürəcək. Yarışın səkkizinci mərhələsi – Azərbaycan qran-prisi iyunda Bakıda, sonuncu isə noyabrda Əbu-Dabidə təşkil olunacaq.