Mett Fitsbatrik qalib olub

İngiltərəli qolfçu Mett Fitsbatrik ABŞ-nin Florida ştatında başa çatan PGA turu çərçivəsindəki “Valspar Championship” turnirində çempionluq sevinci yaşayıb.

Allsport.az xəbər verir ki, 31 yaşlı idmançı final raundunda 68 zərbə ilə üç “berdi” (birdie) yerinə yetirib və heç bir səhvə yol verməyib.

Bu, Şeffild təmsilçisinin PGA turundakı üçüncü, 2023-cü ilin aprelindən bəri isə (“RBC Heritage”) ilk titulu olub. Ümumi mükafat fondu 9,1 milyon dollar olan turnirin yekun cədvəli aşağıdakı kimidir:

  1. Mett Fitsbatrik (İngiltərə) — «-11» (68-69-68-68)
  2. Devid Lipski (ABŞ) — «-10» (69-65-70-70)
  3. Cordan Smit (İngiltərə) — «-9» (69-68-72-66)

Həmin kateqoriyadan