- Baxış sayı: 34
- 05 Dekabr 2025 10:45
- Baxış sayı: 79
- Dekabr 05, 2025
- 0

Sentyabrın 30-da Çex respublikasının Ostrava şəhərində 19 yaşadək boksçular arasında Avropa çempionatı start götürəcək.
Allsport.az xəbər verir ki, 10 gün davam edəcək yarışda Azərbaycan yığması da qüvvəsini sınayacaq.
Oğlanlardan ibarət millinin baş məşqçisi Elbrus Rzayev, məşqçilər Yadigar Məmmədovla Elvin Məmişzadə U-19-ların mübarizəsində Bilalhəbaşi Nəzərov (50 kq), Zidan Hümbətov (55 kq), Sübhan Babayev (60 kq), Rza Rzayev (70 kq), Abbasqulu Şadlinski (75 kq) və Məhəmməd Cəfərova (+90 kq) fürsət verəcəklər.
Qızlardan ibarət millinin məşqçisi Anar Baxışovun rəhbərliyi altında isə rinqə Banuçiçək Nəsirli (48 kq) və İlkanə Əhmədova (+80 kq) çıxacaqlar.
Avropa çempionatında referilər sırasında beynəlxalq dərəcəli hakim Rövşən Qədirov da yer alacaq.
Komanda yarışa Azərbaycan boks federasiyasının idarə heyətinin üzvü Rövşən Hüseynov rəhbərliyi altında yollanacaq.
Avropa çempionatının püşkü sentyabrın 29-da atılacaq.