FOTO
Milli qurtuluş gününə açıq havada şahmat yarışı

Bu gün Şüvəlanda gənclər və idman nazirliyinin tabeliyində olan “Cirtdan” respublika uşaq istirahət və sağlamlıq mərkəzində açıq havada 15 iyun – Milli qurtuluş gününə şahmat turniri keçirilib. Allsport.az saytı xəbər verir ki, nazirlər kabineti yanında operativ qərargahın müvafiq qərarlarına və TƏBİB-in tövsiyələrinə əsasən bütün yarış iştirakçılarının bədən hərarətləri xüsusu cihaz vasitəsilə ölçülmüş, hamıya tibbi maska, əlcəkdən istifadə etmək, sosial məsafənin gözlənilməsi tövsiyə olunub.

4 yaş qrupunda İsveçrə sistemi üzrə 7 turdan ibarət yarışda qalib adlarını Aylin Nurəhmədli (8 yaş) Paşam Əlizadə (10 yaş), Müthəd Gülüşov (12 yaş), Təbriz Nurəhmədli və Dəniz Dövlətzadə (14 yaş) qazanıblar.

Yarışın bağlanışında BŞGİBİ-nin sektor müdiri, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Gündüz Vəliyev, 3 saylı İOEUGŞM direktoru Cəmil Fətullayev qalibləri təbrik edib, onlara gələcəkdə müvəffəqiyyətlər arzulayıblar. Mükafatçılara idarə tərəfindən müvafiq dərəcəli diplom, medal və xatirə hədiyyələri verilib. Uzun müddətdən sonar keçirilən ilk canlı yarış bütün idmançıların böyük sevincinə səbəb olub.

Tədbir Bakı şəhər gənclər və idman baş idarəsi, Azərbaycan şahmat federasiyasının birgə təşkilatçılığı və “İdea” şahmat klubunun dəstəyi ilə keçirilib.

На изображении может находиться: 1 человек, небо, дерево и на улице
На изображении может находиться: один или несколько человек и люди стоят
На изображении может находиться: один или несколько человек, люди сидят, дерево, растение, трава, небо, на улице и природа
На изображении может находиться: 2 человека, люди сидят, стол, на улице и природа
На изображении может находиться: 1 человек, сидит, шахматы, стол и на улице
На изображении может находиться: один или несколько человек, люди сидят, шахматы, стол, на улице и природа
На изображении может находиться: 3 человека, люди стоят

Həmin kateqoriyadan