- Baxış sayı: 91
- 10 Noyabr 2025 18:01
- Baxış sayı: 104
- Dekabr 05, 2025
- 0

Avropa çempionatında sabah Bosniya və Hersoqovina ilə qarşılaşacaq Azərbaycan millisinin 4 üzvü karantinə alınıb.
Allsport.az saytı xəbər verir ki, bu gün rəsmi məşq üçün verilmiş antigen testin nəticəsi 4 nəfərdə pozitiv çıxıb.
Futzalçılardan Emin Kürdov və Xətai Bağırov, məşqçi Ağakərim Həsənov və həkim Fuad Sadıqov oyunöncəsi məşqdə iştirak etməyib. Onlardan PCR test götürülüb, nəticələr sabah günün 1-ci yarısında açıqlanacaq.