Millimiz beynəlxaıq turnirdə sonuncu oldu

9-11 iyul aralığında Polşada kişi voleybolçulardan ibarət milli komandalar arasında “Vaqner Memorial” turniri keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan millisi də bu turnirdə qüvvəsini sınayıb.

Turnirdə millimizin rəqibləri Misir, Norveç və ev sahibi Polşa yığmaları olub. Komandamız ilk matçını iyulun 9-da Misir millisinə qarşı keçirib və məğlubiyyətlə üzləşib. Bir gün sonra meydan sahiblərinə də uduzan voleybçularımız, sonda Norveçlə də bacarmayıb. Hər üç görüşdə 0:3 hesabıyla uduzan komandamız turniri sonuncu – 4-cü pillədə başa vurub.

Bütün rəqiblərinə qalib gələn Polşa yığması turnirin qalibi olub. Misir yığması ikinci, Norveç milli komandası üçüncü yeri tutub.

Həmin kateqoriyadan