Millimiz İtaliyaya yenə böyük hesabla məğlub oldu

Futzal üzrə Azərbaycan yığması Serbiyanın paytaxtı Belqradda təşkil olunan Avropa çempionatının final mərhələsi çərçivəsində bu gün ilk oyununa çıxıb. Allsport.az saytı xəbər verir ki, Tino Peresin rəhbərlik etdiyi komandamız startda son Avropa çempionu İtaliya ilə üz-üzə gəlib.

Təəssüf ki, ötən AÇ-də olduğu kimi, yığmamız bu dəfə də italyanlara böyük hesabla uduzublar. Sadəcə, ötən qitə birinciliyində 7 cavabsız qola üzülən futzalçılarımız bu dəfə 0:3 hesablı məğlubiyyətlə barışmalı olublar.

Millimizin qrupdakı digər rəqibi isə Çex Respublikasıdır. Bu komanda ilə görüş fevralın 5-dən 6-na keçən gecə baş tutacaq.

Həmin kateqoriyadan