- Baxış sayı: 33
- 24 Mart 2026 23:23
- Baxış sayı: 33
- Mart 24, 2026
- 0

Allsport.az xəbər verir ki, Azərbaycanın cüdo üzrə gənclərdən ibarət milli yığma komandasının üzvləri Fransanın paytaxtı Parisdə keçirilən beynəlxalq təlim-məşq toplanışına qatılıblar.
Hazırlıq prosesində Azərbaycanın gənclərdən ibərət milli yığmasının 14 oğlan və 1 qız idmançısı iştirak edib. Cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov və gənclərdən ibarət yığmanın məşqçisi Elxan Rəcəbli rəhbərlik edib.
Təlim-məşq toplanışı sentyabr və oktyabr aylarında keçiriləcək gənclər arasında Avropa və Dünya çempionatlarına hazırlıq məqsədi daşıyır.