- Baxış sayı: 162
- 25 Mart 2026 16:38
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Kişi voleybolçulardan ibarət millimiz AÇ-2021-in seçmə mərhələsi çərçivəsində sonuncu oyununu keçirib. Allsport.az xəbər verir ki, “F” qrupunda mübarizə aparan yığmamız Monteneqroda təşkil olunan 2-ci dövrənin 3-cü matçında Gürcüstan voleybolçuları ilə qarşılaşıb.
Podqoritsadakı “Verde” idman kompleksində baş tutan görüş Fərid Cəlalovun baş məşqçi olduğu kollektivin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qrupun digər oyununda lider Yunanıstanla (14 xal) ikinci pillədə qərarlaşmış Monteneqro (13 xal) üz-üzə gələcək. Azərbaycan millisi isə qrup mərhələsini 6 xalla üçüncü pillədə başa vurub. Gürcüstan yığması seçmə mərhələni xalsız və sonuncu yerdə bitirib.
Avropa çempionatının təsnifat mərhələsində 7 qrupda 26 komanda mübarizə aparır. Onlardan 12-si – 7 qrup birincisi və ən yaxşı ikinci yerin sahibi olacaq 5 ölkə AÇ-2021-ə vəsiqə qazanacaq.