- Baxış sayı: 30
- 05 Dekabr 2025 23:19
- Baxış sayı: 50
- Dekabr 05, 2025
- 0

Qadın boksçulardan ibarət Azərbaycan komandası Türkiyəyə yollanıb.
Allsport.az xəbər verir ki, yığmamız oktyabrın 18-dən 27-dək Kastamonuda təlim-məşq toplanışında olacaq.
Məşqçilər korpusu hazırlığa Lalə Mədətova (48 kq), Zeynəb Rəhimova (51 kq), Nərgiz Zeynalova (54 kq), Aynur Mikayılova (57 kq) və Fatimə Mehdiyevanı (65 kq) cəlb ediblər.
Türkiyə millisi ilə birgə təşkil olunacaq toplanış VI İslam Həmrəyliyi Oyunları və U-23 Avropa çempionatına hazırlıq xarakteri daşıyır. Hazırlıq çərçivəsində sınaq döyüşləri də keçiriləcək.