- Baxış sayı: 50
- 08 Fevral 2026 11:42
- Baxış sayı: 140
- Fevral 09, 2026
- 0

Kişi voleybolçulardan ibarət millimiz Avropa çempionatının təsnifat mərhələsində növbəti oyununu keçirib. Allsport.az xəbər verir ki, Gürcüstanda təşkil olunan birinci dövrənin oyunlarında “F” qrupunda yer alan yığmamız mayın 9-da Yunanıstan millisi ilə qarşılaşıb.
Görüş Yunanıstan yığmasının 3:0 (25:21, 25:19, 25:18) hesablı qələbəsi ilə yekunlaşıb.
Millimiz “F” qrupunda Monteneqro, Gürcüstan və Yunanıstan komandaları ilə birgə yer alıb.
Yunanıstan millisi 8 xalla qrupda birinci pillədə yer alıb. Monteneqro 4 xalla ikinci, Azərbaycan isə 3 xalla üçüncü yerdə qərarlaşıblar. Gürcüstan seçməsinin isə xalı yoxdur.
İkinci dövrənin oyunları Monteneqroda təşkil olunacaq.