- Baxış sayı: 44
- 20 Noyabr 2024 17:34
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Qadın voleybol millimiz 2 gün sonra Avropa çempionatının final mərhələsində mübarizəyə başlayacaq. Allsport.az saytı xəbər verir ki, ilk rəqib belçikalılardır. Blokçumuz Olena Xarçenko hazırlıqla bağlı bunu deyib:
“Komandamız 2 ay ərzində ciddi təlim-məşq toplanışı və yoxlama oyunları keçirib. Təssüflər olsun ki, mən hazırlıq mərhələsinin əvvəlindən komandamızın məşqlərində iştirak edə bilmədim. Bildiyiniz kimi, həkimin tapşırığı ilə dizimdə keçirdiyim əməliyyata görə klub mövsümü başa çatdıqdan sonra 3-4 ay fiziki məşqlər etməli idim.
Məhz bu səbəbdən avqust ayından komandamıza qoşula bildim. Məşqlərə başladığım ilk gündən çalışıram öz əvvəlki formamı tezliklə bərpa edim və Avropa çempionatında komandamıza kömək edə bilim. İdmançı üçün əsas amillərdən biri də psixoloji hazırlıqdır. Psixoloji güclü olmalıyıq. Çünki qarşıda bizi gərgin oyunlar gözləyir. Güclü komandalarla bir qrupda mübarizə apacağıq.
Amma voleybolda oyundan öncə fikir bildirmək çox çətindir. Ən əsas da qadın voleybolçuların yarışlarında nəticə çox zaman gözlənilməz olur. Hər bir matçda sona kimi mübarizə aparmalıyıq. Bu gün komandamızda gənc oyunçular var. Belə mötəbər yarışda çıxış etmək və təcrübə toplamaq hər bir voleybolçunun arzusudur”.