Millimizin üzvü “vəhşi arılar”dan ayrıldı. “Darıxacağıq və sənlə yenidən görüşmək üçün gözləyəcəyik!”

Vətəndaşların hərəkətinə məhdudiyyət qoyulması ilə əlaqəli koronavirusun yayılmasının qarşısını almaq üçün, xarici dövlətlər tərəfindən həyata keçirilən tədbirlər ilə əlaqədar olaraq, Yelizaveta Səmədova qarşılıqlı razılığa əsasən Sankt-Peterburq şəhərini vaxtından əvvəl tərk edib.

Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin üzvü “Leninqradka”da son 2 mövsümdə oynayıb. O, “vəhşi arılar”a İtaliyanın “Savino” komandasından sonra keçmişdi. Rusiya çempionatına dərhal uğunlaşan Liza parlaq məhsuldar oyunu və hüdudsuz cazibəsi sayəsində komanda yoldaşlarının sevgisini və hörmətini qazanmaqla yanaşı, azarkeşlərin də qəlbini fəth edib.

“Leninqradka” birlikdə keçirdiyi bu 2 gözəl mövsüm üçün Yelizaveta Səmədovaya təşəkkür edib, ona can sağlığı, firavanlıq, bütün həyat planlarında uğurlar diləyib: “Darıxacağıq və sənlə yenidən görüşmək üçün gözləyəcəyik!”

Onun həyat yoldaşı futbolçusur. Yovan Krneta hazırda “Zirə”də çıxış edir.

Həmin kateqoriyadan