Millimizlə oyunu qardaş qırğınına bənzətdi

Futzal üzrə Gürcüstan millisinin üzvü Roninyo Avropa çempionatındakı çıxışları ilə bağlı açıqlama verib. Allsport.az xəbər verir ki, Belçikanın “Halle Goik” klubunda  oynayan futzalçı Avropa çempionatında Azərbaycana qarşı keçirdikləri oyun (3:2) barədə də fikirlərini bildirib:

“Eyni klubda çıxış etdiyim Edu azərbaycanlıların heyətində idi. Bu, bir az qardaş qırğına bənzəyirdi. Əvvəlcədən gülə-gülə dedik ki, əgər hər iki komanda 1/4 finala vəsiqə qazana biləcəksə, heç-heçə bizə yaraşar. Hər ikimiz tam gücümüzü ortaya qoysaq da, meydanda qəribə hiss var idi”.
 
Avropa çempionatının qalibi Portuqaliya olub.

Həmin kateqoriyadan