- Baxış sayı: 91
- 10 Noyabr 2025 18:01
- Baxış sayı: 148
- Dekabr 04, 2025
- 0

Azərbaycan millisinin və “Araz-Naxçıvan”ın üzvləri Xətai Bağırov və İsa Atayev karyeralarını yurd dışında davam etdirəcəklər. Allsport.az saytı xəbər verir ki, hər 2 oyunçu Belçika çempionatında çıxış edən “Futzal Beşikdaş Gent”lə ilə 1+1 müddətə anlaşıb.
Komanda 1-ci liqada iştirak edir. Burada ümumilikdə 28 komanda var. Onlar 2 qrupa bölünürlər. Ancaq qrup qalibləri yüksək liqaya vəsiqə qazanır. “Futzal Beşikdaş Gent” son 3 mövsümü öz qrupunda 2ci pillədə başa vurub.