- Baxış sayı: 88
- 12 Dekabr 2025 13:52
- Baxış sayı: 63
- Dekabr 18, 2025
- 0

Futzal üzrə Azərbaycan yığma komandasının aprelin 11-də İsveç milisi ilə Helsinqborqda, 15-də isə Xorvatiya seçməsi ilə Bakıda keçirəcəyi AVRO-2026-nın əsas mərhələ oyunlarının hakim təyinatları açıqlanıb.
Allsport.az xəbər verir ki, 5-ci qrup çərçivəsində səfərdəki görüşü İngiltərədən, evdəki qarşılaşmanı isə Kiprdən olan hakimlər briqadası idarə edəcək:
11 aprel
İsveç – Azərbaycan
Helsinqborq arena. Saat 21:00
Hakimlər: Peter Nurs, Cordan Griffs, Oliver Rodriqes-Bollinger
(Hakimlər briqadası İngiltərədəndir)
Hakim-inspektor: Boqdan Soresku (Rumıniya)
Timekiper: Corc Cansizian (İsveç)
15 aprel
Azərbaycan – Xorvatiya
Bakı idman sarayı. Saat 20:00
Hakimlər: Yiangos Yiangu, Nikolas Nikolau, Teoxaris Teoxarus
(Hakimlər briqadası Kiprdəndir)
Hakim-inspektor: Georgiy Bitri (Malta)