- Baxış sayı: 39
- 20 Dekabr 2024 22:55
- Baxış sayı: 156
- Dekabr 18, 2024
- 0
Allsport.az xəbər verir ki, yeniyetmə qızlardan və gənc qadınlardan ibarət Azərbaycan yığma komandalarının heyəti üçün stresli halların idarə olunması və özünə inam hissinin artırılması ilə bağlı təlimlər təşkil olunub.
Təlim zamanı peşəkar idmançıların qarşılaşdığı stresli situasiyaların daha səmərəli idarə olunması ilə bağlı psixoloji üsulların müzakirəsi aparılıb və özünə inam hissinin artırılması üçün effektiv metodlar haqqında ətraflı məlumat verilib. Təlimlər peşəkar psixoloqlar Aytac Sahil və Zümrüd Əkbərova tərəfindən təşkil olunub.
Azərbaycan cüdo federasiyası idmançı və məşqçi heyətinin psixoloji hazırlığının artırılması və stabilliyinin təmin edilməsi məqsədi ilə mütəmadi olaraq psixoloji təlimlərin təşkilini həyata keçirir.