- Baxış sayı: 36
- 21 Noyabr 2024 14:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Futzal üzrə dünya çempionatının final mərhələsində keçirilən Azərbaycan – İran matçından sonra millimizin baş məşqçisi Miltinyo fikirini həmkarlarımızla bölüşüb. Allsport.az saytı xəbər verir ki, braziliyalı mütəxəssis 3:3 hesabı ilə bitən görüşdən barədə bunu söyləyib:
“Çətin oyun olacağını bilirdik və buna hazırlaşmışdıq. Artıq irəliyə doğru vacib addım ataraq 1/8 final mərhələsinə vəsiqə qazanmışıq. İndi toparlanmalı və dünya çempionatında çıxışımızı davam etdirmək barədə düşünməliyik.
Diqqətimizi daha çox Tayland yığmasının keçirdiyi oyunları təhlil etməyə yönəltməliyik. Belə demək mümkünsə, bizim üçün yeni dünya çempionatı başlayır”.