- Baxış sayı: 162
- 25 Mart 2026 16:38
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Kişi voleybol millisinin Belarusda təlim-məşqi başa çatıb. Allsport.az saytı xəbər verir ki, iyulun 9-dan paytaxt Minskdə hazırlıq keçən Pərviz Səmədovun komandası bu gün Bakıya qayıdıb.
Səfər çərçivəsində yerlilərlə 3 yoxlama matçı keçirilib. Bütün görüşlər rəqibin xeyrinə bitib. Avropa çempionatının təsnifatına və İslam həmrəyliyi oyunlarına hazırlığın son mərhələsi olacaq.
Komandamız ilk rəsmi matçını avqustun 3-də Bakıda Avro-2023-ün ələməsində Danimarkaya qarşı keçirəcək.