MOK rəsmiləri Milandakı açılış mərasimində olublar

İtaliyada təşkil olunan Milan-Kortina-2026 qış olimpiya oyunlarının rəsmi açılış mərasimi baş tutub.

Allsport.az xəbər verir ki, Milandakı məşhur “San Siro” stadionunda təşkil olunan tədbirdə idmançıların rəsmi paradı olub.

Azərbaycan nümayəndə heyəti paraddan 11-ci sırada keçib. Mərasimdə dövlət bayrağını dağ xizəkçisi Anastasiya Papatoma və fiqurlu konkisürən Vladimir Litvintsev daşıyıb.

Tamaşaçılar önündən olimpiadanın vətəni Yunanıstan birinci, ev sahibi ölkənin komandası isə sonuncu keçib.

Açılış mərasimini milli olimpiya komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev və qış idman növləri federasiyasının prezidenti Fuad Nağıyev də izləyib. 

Milan-Kortina-2026 qış olimpiya oyunlarına fevralın 22-də Veronanın məşhur amfiteatrında keçiriləcək bağlanış mərasimi ilə yekun vurulacaq.

Həmin kateqoriyadan