- Baxış sayı: 42
- 19 Yanvar 2026 21:37
- Baxış sayı: 55
- Yanvar 20, 2026
- 0

Dekabrın 3-13-də Dubayda boks üzrə dünya çempionatı keçiriləcək.
Allsport.az xəbər verir ki, 120-dən çox ölkənin qatılacağı gözlənilən mundialda Azərbaycan yığması da mübarizə aparacaq.
Komandamızın baş məşqçisi Rövşən Xocayev yarışda 11 boksçuya fürsət verəcək. Dünya çempionatında Sübhan Məhəmmədov (48 kq), Nicat Hüseynov (51 kq), Zəlimxan Süleymanov (54 kq), Ümid Rüstəmov (57 kq), Məhəmmədəli Aşurəliyev (60 kq), Maqsud Xasmetov (63,5 kq), Zaur Qəhrəmanov (67 kq), Sərxan Əliyev (70 kq), Səidcəmşid Səfərov (80 kq), Alfonso Dominqes (86 kq) və Məhəmməd Abdullayev (+92 kq) rinqə çıxacaqlar.
Mundialda Fuad Aslanovla Rövşən Qədirov hakimlər sırasında yer alacaqlar. Milli komandaya rəhbərliyi isə Azərbaycan boks federasiyası idarə heyətinin üzvü Rövşən Hüseynov edəcək.