- Baxış sayı: 34
- 05 Dekabr 2025 10:45
- Baxış sayı: 51
- Dekabr 05, 2025
- 0

Sentyabrın 4-də “World Boxing”in təşkilatçılığı ilə qadın və kişi boksçular arasında ilk dünya çempionatı start götürəcək.
Allsport.az xəbər verir ki, İngiltərənin Liverpul şəhərində 11 gün davam edəcək yarışda Azərbaycan yığması da qüvvəsini sınayacaq.
Kişi boksçulardan ibarət komandamız mundialda tam heyətlə çıxış edəcək. Baş məşqçi Rövşən Xocayev, məşqçilər Nəriman Abdullayevlə Etibar Abdullayev dünya çempionatında Sübhan Mamedov (50 kq), Nicat Hüseynov (55 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Zaur Qəhrəmanov (65 kq), Sərxan Əliyev (70 kq), Səidcəmşid Cəfərov (75 kq), Murad Allahverdiyev (80 kq), Surət Qarayev (85 kq), Alfonso Dominqes (90 kq) və Məhəmməd Abdullayevə (+90 kq) fürsət verəcəklər.
Qadınların mübarizəsində isə ölkəmiz 1 boksçu ilə təmsil olunacaq. Baş məşqçi İlkin Ağayevin rəhbərliyi altında Aynur Mikayılova (57 kq) rinqə çıxacaq.
Bu gün Liverpula yollanan milli sentyabrın 15-də Bakıya qayıdacaq.
Dünya çempionatının püşkü sentyabrın 3-də atılacaq. Yarışda 60-dan çox ölkənin 500-dək boksçusunun iştirakı gözlənilir.