- Baxış sayı: 62
- 03 Mart 2026 14:22
- Baxış sayı: 248
- Mart 05, 2026
- 0

Boksçu Dmitri Bivol yüngül ağır çəkidə mütləq dünya çempionu Artur Beterbiyevlə döyüş haqda açıqlama verib.
Allsport.az xəbər verir ki, rusiyalı idmançı həmyerlisi üzərində qələbənin onun üçün nə demək olduğunu deyib:
“Mütləq çempion olmaq mənim üçün vacibdir. Bu çəki dərəcəsində son addımdır və mənim üçün sübut döyüşüdür. Bu fürsətə sahib olduğum üçün şadam”.
Bivol və Beterbiyev arasında cavab görüşü fevralın 22-də baş tutacaq. Keçən ilin oktyabrında baş tutan ilk qarşılaşmada Beterbiyev hakimlərin qərarı ilə qalib gəlmişdi.