- Baxış sayı: 30
- 05 Dekabr 2025 23:19
- Baxış sayı: 50
- Dekabr 05, 2025
- 0

Azərbaycan boksçusu Bilalhəbaşi Nəzərov Çex respublikasının Ostrava şəhərində keçirilən U-19 Avropa çempionatında qızıl medal qazanıb. Allsport.az xəbər verir ki, 50 kq çəkidə mübarizə aparan millinin lideri finalda italiyalı Tommaso Orlando ilə qarşılaşıb.
Döyüş boksçumuzun inamlı qələbəsi ilə başa çatıb. Nəzərov rəqibini 5:0 hesabı ilə məğlub edərək ardıcıl ikinci dəfə Avropa çempionu tituluna yiyələnib və Çex respublikasında Azərbaycan himnini səsləndirib.
Banuçiçək Nəsirli (48 kq) isə finalda Matilda Fraqnierlə (Fransa) üz-üzə gəlib. Rəqib qalib gəldiyindən boksçumuz gümüş medala yiyələnib.
Beləliklə, Azərbaycan Avropa çempionatında 5 medala sahib olub. Daha öncə Zidan Hümbətov (55 kq), Sübhan Babayev (60 kq) və İlkanə Əhmədova (+80 kq) 3-cü yeri tutublar.
1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanan boksçularımız oktyabrın 11-də Vətənə qayıdacaqlar.