- Baxış sayı: 33
- 24 Mart 2026 23:23
- Baxış sayı: 33
- Mart 24, 2026
- 0

26-27 dekabrda Beynəlxalq cüdo federasiyasının kata komissiyasının üzvü Slavisa Bradiçin iştirakı ilə BCF-nın akademiyasında məşqçilər 2 gün boyunca “nage-no-kata” üzrə imtahan hazırlığını yerinə yeririblər.
Allsport.az saytı xəbər verir ki, kurs iştirakçıları 2 gün ərzində bütün zəruri kata fəndlərini tam aydın və fasiləsiz şəkildə icra ediblər.
Praktiki imtahana hazırlıq məqsədi daşıyan məşğələlər bu il ərzində 3 dəfə təşkil olunub. BCF-nın məktəbində təhsil alan 78 nəfər məşqçinin yekun imtahanı 2023-cü ilin fevral ayında keçiriləcək.