- Baxış sayı: 91
- 10 Noyabr 2025 18:01
- Baxış sayı: 104
- Dekabr 05, 2025
- 0

Futzal üzrə Azərbaycan çempionu “Araz-Naxçıvan” növbəti transferlərini reallaşdırıb.
Allsport.az xəbər verir ki, hazırlığa dünəndən başlayan komanda Bosniya və Hersoqovinadan Miloş Todoriçlə anlaşıb. Serbiyanın “Loznitsa Qrad” klubundan “qırmızı-ağlar”a təşrif buyuran 20 yaşlı futzalçı ilə anlaşma mövsümün sonuna qədərdir.
“Araz-Naxçıvan”ın digər transferi yerli futzalçıdır. Nijni-Novqorod şəhərinin təmsilçisi “Torpedo-2″nin yetirməsi olan Həsənəli Rəhimov da cari çempionatın sonuna qədər “qırmızı-ağlar”ın formasını geyinəcək.