Naxçıvanda məşqçilər və cüdoçular üçün seminar

Naxçıvan olimpiya idman kompleksində muxtar respublikasından olan məşqçilər və cüdoçular üçün seminar olub. Allsport.az saytı xəbər verir ki, məşğələ Azərbaycan cüdo federasiyası prezidentinin müşaviri Natiq Bağırov və “A” dərəcəli beynəlxalq referi Mətin Rəhimli tərəfindən keçirilib.

Cüdoçulara tatamiyə daxil olma qaydaları və hansı hallarda cüdoçuların cərimə olunacağı haqqında ətraflı məlumat verilib. Bir sıra fəndlər əyani şəkildə nümayiş etdirilib.

Seminarda Natiq Bağırov yeniyetmə cüdoçular üçün ustad dərsi keçib. Master klass zamanı nevaza vəziyyətində (yerdə parter) müxtəlif fəndlər yeniyetmə cüdoçulara nümayiş etdirilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Həmin kateqoriyadan