Nazir AVF-in nəzarətindən çıxdığı voleybol mərkəzi ilə tanış oldu

Gənclər və idman naziri Fərid Qayıbov Dərnəgüldə yerləşən voleybol mərkəzi ilə tanış olub. Allsport.az saytı xəbər verir ki, görüşdə nazir müavini Mariana Vasileva, nazirliyin sektor müdiri Elmir Mehdiyev, AVF-in prezidenti Cavid Qurbanov, AVF-nin 1-ci vitse prezidenti Faiq Qarayev və baş katibi Fərid Xəlilov iştirak ediblər.

​Nazirə idman qurğusu barədə məlumat verilib və bildirilib ki, bu arena ölkə voleybolunun inkişafı üçün çox faydalı əhəmiyyətə malikdir. Burada istənilən səviyyəli oyunların keçirilməsi üçün hər cür şəraitin olması qeyd edilib. Söhbət zamanı ölkə voleybolunun inkişafı istiqamətində görülməli olan işlər müzakirə edilib.

Nəzərinizə çatdıraq ki, sözü gedən idman qurğusu AVF-in nəzarətindən çıxıb. Bu üzdən ötən il ölkə çempionatının oyunları “Murov” voleybol klubu, “Sərhədçi” olimpiya-idman mərkəzi və AVF-in idman zalında keçirildi.

Həmin kateqoriyadan