NBA-də yeni rekordçu

NBA-nin müntəzəm mövsümü çərçivəsində “Los-Anceles Leykers” səfərdə “Orlando Mecik”i 105:104 hesabı ilə məğlub edib.

Allsport.az xəbər verir ki, bu oyun Los-Anceles təmsilçisinin basketbolçusu Lebron Ceymsin rekordu ilə əlamətdar olub.

O, bu matçla müntəzəm çempionatlarda 1612-ci oyununa çıxıb.

Bununla da Ceyms əfsanəvi Robert Perişin (1611 oyun) rekordunu yeniləyərək NBA tarixində müntəzəm çempionatlarda ən çox oyun keçirən basketbolçu olub.

Həmin kateqoriyadan