“Neftçi” Azərbaycan kubokuna sahib çıxıb

“ABU arena”da futzal üzrə Azərbaycan kubokunun final oyunu keçirilib. Allsport.az saytı xəbər verir ki, qarşılaşmadan əvvəl ölkə çempionatının bürünc, gümüş və qızıl medalları müvafiq olaraq EKOL, “Neftçi” və “Araz” komandasının üzvlərinə təqdim edilib.

Çempionatın ən yaxşı baş məşqçisi İlqar Aslanov, ən yaxşı oyunçusu Namiq Məmmədkərimov (EKOL), ən yaxşı qapıçısı Rövşən Hüseynli (“Araz”) seçilib. Mövsüm ərzində 56 qol vuran “Araz”ın hücumçusu Teles Martins Tyaqo bombardir olub.

Azərbaycan kubokunun final oyununda “Neftçi” və “Baku Fire” klubları qarşılaşıblar. Görüş 7:5 hesabı ilə “ağ-qaralar”ın xeyrinə bitib.

 

Həmin kateqoriyadan