- Baxış sayı: 267
- 17 Noyabr 2024 18:18
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Bakı İdman Sarayında kikboks üzrə Azərbaycan çempionatına yekun vurulub. Allsport.az saytı xəbər verir ki, gənclər və ustalar arasında keçirilən yarışda 40 komandadan 200-ə yaxın idmançı qüvvəsini sınayıb. Bu rəqabətdə “Neftçi İdman Klubu” üzvləri 2 qızıl, 5 gümüş və 3 bürünc medal qazanıblar.
Klubun yetirmələrindən Ruslan Nağıyev (60 kq) gənclər arasında ölkə çempionu olub. Emin Quliyev (71 kq) 2-ci, Ağa Məmmədov (81 kq) isə 3-cü yeri tutublar.
Ustaların yarışında Rolan Quliyev (57 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Nəcməddin Məmmədzadə (54 kq), Camal Məmmədov (57 kq), Altay Atakişiyev (75 kq), Bəybala Quliyev (86 kq) yalnız finalda uduzublar. Elnur Mahmudov (63,5 kq) və Amid Hüseynov (75 kq) bürünc medala sahibləniblər.
Yarışın qalibləri kikboksinq üzrə yığma komandanın təlim-məşq toplanışlarına cəlb olunacaqlar.