“Neftçi” klubunun rəhbərliyində dəyişiklik

“Neftçi” idman klubunun rəhbərliyində kadr dəyişikliyi olub. Allsport.az saytı xəbər verir ki, iİdarəetmə aparatının rəhbəri Sadıq Sadıqov öz istəyi ilə vəzifəsindən azad edilərək klubun idarə heyəti sədrinin müşaviri vəzifəsinə təyinat alıb.

Buna qədər idarə heyəti sədrinin müşaviri vəzifəsini tutan Fərəc Əliyev isə klubun idarə heyəti sədrinin müavini və klubun icraçı direktoru əvəzi təyin edilib.

İcraçı direktor vəzifəsi idarəetmə aparatının rəhbəri vəzifəsinin yerinə təsis edilib.

Həmin kateqoriyadan