“Neftçi”nin 10-cu bombardiri

“Neftçi”nin çilili hücumçusu Nikolas Kanales Premyer Liqada yubiley – 30-cu qolunu vurub. 2012/13 mövsümündə vurduğu 26 qolla çempionatın bombardiri adını qazanan cənubi amerikalı cari mövsümdə 4-cü dəfə fərqlənməklə 30-a çatıb. Allsport.az xəbər verir ki, Nikolas buna 19-cu turun AZAL-la səfər oyununda nail olub.

Bununla da o, paytaxt təmsilçisinin tarixinə düşüb. Çilili “ağ-qaralar”ın Azərbaycan çempionatlarında çıxışları tarixində 30 və daha çox qol vuran 10 oyunçudan biri olub. Belə ki, 1992-ci ildən AZAL-la görüşədək yalnız 9 futbolçu “Neftçi”də 30-dan artıq qol vurmuşdu. Kanales bu siyahıya 10-cu kimi daxil olub.

1. Samir Ələkbərov – 99

2. Qurban Qurbanov – 66

3. Yunis Hüseynov – 58

4. Nazim Əliyev – 42

5. Bahodir Nasimov – 38

6. Nadir Nəbiyev – 37

7. Vadim Vasilyev – 32

8. Branimir Subaşiç – 31

9-10. Flavinyo – 30

Nikolas Kanales – 30

Ümumilikdə isə çempionatlar tarixində 30 və daha çox qol vuran 76-cı bombardir olan Kanales Kamal Quliyev, Ceyhun Sutanov, Valter Quqlemon və komanda yoldaşı Flavinyo ilə eyni göstəriciyə malikdir. Bu 76 oyunçudan 17-si legionerdir. Nikolas əcnəbi futbolçular arasında məhsuldarlığına görə Quqlemon və Flavinyo ilə birlikdə 15-17-ci yerləri bölür.

Həmin kateqoriyadan