“Növbəti turnirlərdə də əlimdən gələni etməyə çalışacağam”

Paralimpiyaçı Polad Rzayev Avstriyanın Jerzens şəhərində keçirilən FİS paradağ xizəyi turnirində rəsmi debüt edib. Allsport.az xəbər verir ki, LW3 kateqoriyası üzrə mübarizə aparan idmançı ilkin mərhələni 1:40:19 nəticə ilə uğurla başa vuraraq həlledici mərhələyə vəsiqə qazanıb.

Lakin davam edən qatı duman səbəbindən beynəlxalq xizək və snoubord federasiyası (FİS) yarışın həlledici mərhələsinin keçirilməməsi ilə bağlı qərar qəbul edib.

Polad Rzayev beynəlxalq yarışda debütü ilə bağlı təəssüratlarını bölüşüb:

“Yarışdakı çıxışımı qənaətbəxş hesab edirəm. Təcrübəm azdır, daha çox məşq etməliyəm və öz üzərimdə çox çalışmalıyam. Hava şəraitinin yarış zolağında səbəb olduğu çətinliklərə baxmayaraq, öz çıxışımı uğurla yekunlaşdıraraq həlledici mərhələyə vəsiqə qazana bildim. Növbəti turnirlərdə də əlimdən gələni etməyə çalışacağam”.

Həmin kateqoriyadan

azenrutr