Olimpiya festivalında bayraqdarımız cüdoçu olacaq

Avropa gənclər yay olimpiya festivalında millimizdən bayraqdar bilinib. Allsport.az saytı xəbər verir ki, bu gün milli olimpiya komitəsinin təşkilatçılarla birgə iclası keçirilib. Yığıncaqda əsas müzakirə mövzusu Azərbaycanın bayraqdarının müəyyən edilməsi olub. İştirakçılar seçimdə
15 yaşlı cüdoçu Vüqar Talıbova üstünlük veriblər. İyulun 21-də keçiriləcək açılışda olimpiyaçılarımıızn başında o daşıyacaq.

Həmyerlimiz Buenos Ayres-2018 yeniyetmələrin tay olimpiya oyunlarının qalibidir. Xatırladaq ki, festival iyulun 27-də yekunlaşacaq. Azərbaycan paytaxtına 3600-dən çox idmançı və texniki nümayəndə heyəti gələcək. Atletlər idmanın 10 növü – gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında mübarizə aparacaqlar. Olimpiya festivalı zamanı 12 idman obyektində 2500-dən çox könüllünün fəaliyyət göstərəcəyini də qeyd edək.

Həmin kateqoriyadan