- Baxış sayı: 50
- 16 Mart 2026 19:58
- Baxış sayı: 134
- Mart 18, 2026
- 0

Kişi boksçulardan ibarət Azərbaycan millisi Paris-2024 yay olimpiya oyunlarına hazırlıqların son mərhələsi üçün Almaniyaya yollanıb.
Allsport.az xəbər verir ki, yığmamız baş məşqçi Pedro Rokenin rəhbərliyi altında Saarbrükkendə təlim-məşq toplanışı keçəcək.
Komandamızın heyətində olimpiyaçılarımız – Nicat Hüseynov (51 kq), Malik Həsənov (63,5 kq), Murad Allahverdiyev (80 kq), Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) yer alıblar. Toplanış iyulun 20-dək davam edəcək.
Qeyd edək ki, Paris-2024 iyulun 26-da start götürəcək.