- Baxış sayı: 50
- 08 Fevral 2026 11:42
- Baxış sayı: 145
- Fevral 09, 2026
- 0

Voleybol üzrə super liqa və yüksək liqada II dövrənin növbəti oyunlarının keçirilmə yeri və vaxtı dəqiqləşib. Allsport.az xəbər verir ki, növbəti matçlar fevralın 28-də təşkil olunacaq.
Kişi voleybolçular yüksək liqasında 2 qarşılaşma oynanılacaq. Öncə saat 14:00-da “Azərreyl”lə MOİK üz-üzə gələcək. Bu matçdan 2 saat sonra “Express” – “Sərhədçi” oyununun start fiti veriləcək. Hər iki matç “Sərhədçi” olimpiya idman mərkəzində təşkil olunacaq.
Qadınların super liqasında isə “Murov”la UNEC qüvvəsini sınayaq. Günün yeganə qarşılaşması saat 17:00-da Dərnəgül voleybol mərkəzində olacaq.