Ölkə çempionatında yarımfinalçılar müəyyənləşdi

Kişi boksçular arasında Azərbaycan çempionatında 1/4 final mərhələsinin görüşləri yekunlaşıb.

Allsport.az xəbər verir ki, 29 komandanın 109 idmançısının iştirakı ilə Boks Mərkəzində təşkil edilən yarışın 4-cü günündə 16 döyüş baş tutub.

4 çəki dərəcəsi üzrə keçirilən qarşılaşmalardan sonra yarımfinalçıların adlarına aydınlıq gəlib. Qələbə qazanan boksçular bununla da özləri üçün ən azı bürünc medalı özləri üçün təmin ediblər. Yığmamızın aparıcı boksçularından Cavid Çələbiyev (60 kq), Maqsud Xasmetov (52 kq) da final üçün döyüşmək hüququ qazanıblar.

Çempionatda bu gün yarımfinal döyüşləri keçiriləcək. Görüşlər saat 14:00-da başlayacaq.

52 kq
Ramazan Babayev (“Gömrükçü” İK) – Orxan Əlirzayev (“Gömrükçü” İK) – birinci tam üstünlüklə qalib gəlib
Babaəli Səlimzadə (“Qəbələ” İK) – Yadigar Əliyev (DİN İK) – 0:5
Salman Əlizadə (“Sədərək” İK) – Elnur Muradov (“Gömrükçü” İK) – ikinci döyüşü davam etdirə bilməyib
Mirmehdi Mehdizadə (“Neftçi” İK) – Maqsud Xasmetov (“Abşeron” İK) – 0:5

63 kq
Ruslan Rüstəmov (DİN İK) – Kənan Kazımov (“Qəbələ” İK) – 5:0
Malik Həsənov (DİN İK) – Nəbi İsgəndərov (“Sədərək” İK) – 3:2
Elşən Əliyev (“Gömrükçü” İK) – Kamran Orucov (Z-1) – birinci döyüşü davam etdirə bilməyib
Aleksey Puxov (“Neftçi” İK) – Cavid Çələbiyev (“Qəbələ” İK) – 0:5

69 kq
Nicat Həsənov (BFL) – Vüsal Əliyev (Sumqayıt) – 2:3
Məmməd Əliyev (Quba) – Röyal Buludov (“Neftçi” İK) – 1:4
Sərxan Əliyev (MOİK) – Xalid Yaqubzadə (“Neftçi” İK) – 3:2
Elməddin İsmayılov (MOİK) – Niyaməddin Allahverdiyev (“Qəbələ” İK) – 3:2

81 kq
Cəbrayıl Yelekov (“Sədərək” İK) – İlham Əhlimanov (“Neftçi” İK) – birinci tam üstünlüklə qalib gəlib
Cabbar İsmayılov (Sumqayıt) – Babək Xanlarov (“Gömrükçü” İK) – birinci tam üstünlüklə qalib gəlib
Kamran Muradov (DİN İK) – Heydər Məmmədov (Gəncə) – ikinci görüşə gəlməyib
Məhəmməd Həmzəyev (“Səbail” İK) – Sürət Qarayev (DİN İK) – birinci döyüşü davam etdirə bilməyib.

Həmin kateqoriyadan