- Baxış sayı: 218
- 03 Dekabr 2025 23:49
- Baxış sayı: 58
- Dekabr 05, 2025
- 0

Voleybol üzrə super liqa və yüksək liqada II dövrənin start vaxtı dəqiqləşib. Allsport.az xəbər verir ki, komandalar ölkə çempionatının 2-ci yarısına fevralın 25-də başlayacaqlar.
Həmin gün yüksək liqada “Express” “Neftçi” ilə üz-üzə gələcək. 15:00-da start götürəcək oyun “Sərhədçi” olimpiya idman Mərkəzində təşkil olunacaq.
Fevralın 25-də super liqada 2 qarşılaşma oynanılacaq. 15:00-da “Murov”la “Azərreyl” münasibətinə aydınlıq gətirəcək. Bu görüşdən 3 saat sonra isə meydana “Mübariz”lə UNEC çıxacaqlar. Hər iki matç Dərnəgül voleybol mərkəzində olacaq.
“Murov” – “Azerreyl” oyunu “İdman” kanalı ilə canlı yayımlanacaq.