- Baxış sayı: 57
- 25 Yanvar 2026 12:09
- Baxış sayı: 98
- Fevral 08, 2026
- 0

Çempionlar liqası üçün “Araz-Naxçıvan” heyətini gücləndirməkdə davam edir. Allsport.az saytı xəbər verir ki, yay fasiləsində Murilo Borges və Maneka ilə yolunu ayıran ölkə çempionu, 2 yeni braziliyalı ilə anlaşıb.
Mateus Katataun müdafiəçidir. Son klubu “Horizontina” olub. Baş məşqçi Joze Alesionun keçidinə “yaşıl işıq” yandırdığı digər futzalçı Vitaodur. Qazaxıstanın “Kayrat” klubundan transfer olunub. Hər 2 legionçu ilə mövsümün sonunadək müqavilə bağlanılıb.
Komandamız ÇL-də mübarizəyə əsas mərhələdən start verəcək. Bosniya və Hersoqovinada keçiriləcək 5-ci qrupun oyunlarında yerli “Mostar”la, eləcə də ilkin mərhələdə yarışacaq “D” və “F” qrupunun qalibləri rəqib olacaqlar.