- Baxış sayı: 51
- 23 Dekabr 2025 14:20
- Baxış sayı: 110
- Dekabr 23, 2025
- 0


“Ölkənin mənzərəli yerlərini təqdim etmək üçün ən gözəl fürsət velosiped idmanındadır. Formula-1 ötüşməsi dünyanın ən baxımlı yarışıdır. Onu 500 milyon tamaşaçı izləyir. Amma orada rəqabət elə sürətlə gedir ki, şəhərin mənzərəsini tam görmək mümkün deyil. Lakin velosipedçilərin mübarizəsində sürət 30/60 olur və təbiəti seyr etməyə yaxşı imkan yaranır”.
Allsport.az saytı xəbər verir ki, bunu “Bakı–Xankəndi” Azərbaycan velosiped yarışının təşkilat komitəsinin ilk iclasında AVİF-in 1-ci vitse-prezidenti Sahib Ələkbərov dedi. Onun sözünə görə, veloturun 4-cü və 5-ci mərhələsi mənfur qonşularımızın işğal edib dağıtdığı ərazilərdə olacaq: “Hazırda həmin ərazilərdə quruculuq işləri gedir. Bu məqam ölkənin yaxşı məqamlarını təqdim etməklə yanaşı, eyiblərini də göstərir. O üzdən elə hazırlaşmalıyıq ki, bütün nöqsanlar aradan qaldırılsın. Təhlükəsizlik, tibbi məsələlər və antidopinq qaydaları çox önəmlidir.
Hələlik 21 komanda iştirakını təsdiq edib. Ən çox 25 mümkündür. 20 klub da müraciət edib. Müəyyən şərtlər var. Velotur 21 rayon-şəhəri əhatə edəcək. Sbrizdən başlayacaq, Mərdəkan, hava limanı, Heydər Əliyev prospekti, Heydər Əliyev mərkəzindən Qənimətlər bağı və Zəfər parkı. Sonra Masazır gölünün yanında Sumqayıt istiqamətinə. Daha sonra Şamaxı, Qəbələ, Oğuz və Şəki. Ordan da Mingəçevirə yollanacağıq. Gəncə – Göygöl – Goranboy – Suqovuşan – Talış – Naftalan marşrutu da maraqlı olacaq. Tərtər – Ağdamdandan Füzuliyə, Əhməsbəyli kəndindən yeni yolla Şuşanı dövrə vurub Xankəndiyə enəcəyik”.