“Onu texnikamla üstələdim”

III MDB oyunlarında Yevlax olimpiya idman kompleksində yeniyetmə boksuların rəqabətində Qardaş Rəhimov (46 kq) qızıl medal qazandı. Mükafatlandırmadan sonra o allsport.az saytına açıqlama verdi:

“Öz ölkəmizdə keçirilən MDB oyunlarına çox yaxşı hazırlaşmışdım. İlk döyüşdə belaruslu qarşı gərgin oldu. Buna rəğmən, qalib gəldim. İkinci qarşılaşmada Tacikistan boksçusu fiziki cəhətdən bir qədər məndən üstün idi. Onu texnikamla üstələdim.

Finalda özbəkistanlı rəqibimlə görüş çox gərgin keçdi. Bu mübarizədə də texnikam köməkliyi ilə qalib gəldim. Fiziki imkanları artırçaq üçün daha çox məşq edəcəm. Növbəti hədəfim Almaniyada qitə çempoinatıdır”.

Kamran HACI, Yevlax

Həmin kateqoriyadan