- Baxış sayı: 54
- 14 Dekabr 2025 11:27
- Baxış sayı: 84
- Dekabr 15, 2025
- 0

Tokio-2020 yay olimpiya oyunlarının üçüncü gününə start verilib. Allsport.az xəbər verir ki, cüdo yarışlarında daha 2 çəki üzrə mübarizə başlayıb.
Orxan Səfərov (66 kq) 1/16 finalda Qazaxıstan təmsilçisi Yerlan Serikcanovla qarşılaşıb. Əsas vaxtda tərəflər xal qazanmadığı üçün, qalib qızıl xalda müəyyənləşib. İlk vazari xalına sahib çıxan rəqib 1/8 finala yüksəlib.
Bundan öncə daha iki cüdoçumuz – Kəramət Hüseynov (60 kq) və Aişə Qurbanlı (48 kq) olimpiadada çıxışını başa vurublar.